Sabah Azərbaycanda 17 dərəcə temperatur olacaq
24 fevral 2016 12:23 (UTC +04:00)

Sabah Azərbaycanda 17 dərəcə temperatur olacaq

 

Fevralın 25-də  Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, cənub küləyi axşam mülayim şimal qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 4-6 dərəcə, gündüz  8-13 dərəcə, Bakıda gecə 4-6 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin  bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman,  şərq küləyi əsəcək.    

 

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə,  gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2  dərəcəyədək isti ,  gündüz  5-10 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196

Oxşar yazılar