37 dərəcə isti olacaq
09 sentyabr 2015 12:47 (UTC +04:00)

37 dərəcə isti olacaq

 

Sentyabrın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz  keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 30-34 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var.  Səhər ayrı-ayrı rayonlarda duman olacaq,  şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37 dərəcə, dağlıq rayonlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240

Oxşar yazılar