Azərbaycanda qızmar hava şəraiti davam edəcək - <span style="color:red;">PROQNOZ
29 iyul 2015 13:28 (UTC +04:00)

Azərbaycanda qızmar hava şəraiti davam edəcək - PROQNOZ

İyulun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, mülayim şimal küləyinin əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumatına görə, havanın temperaturu gecə 23-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.

 

Sabah Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

Oxşar yazılar