Rus dilini bilməyən miqrantlara iş verilməyəcək
20 noyabr 2013 14:29 (UTC +04:00)

Rus dilini bilməyən miqrantlara iş verilməyəcək

2015-ci ildən etibarən Rusiyada çalışmaq istəyən bütün əcnəbilərin rus dilini bilib-bilmədiyi məcburi şəkildə yoxlanacaq.


 

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski deyib. O bildirib ki, Dövlət Dumasında müvafiq qanun layihəsinə baxılır: “2015-ci il yanvarın 1-dən Rusiyada çalışmaq istəyən bütün xarici ölkə vətəndaşları  - yüksək ixtisaslı mütəxəssislər istisna olmaqla – rus dili, Rusiya tarixi və Rusiya qanunvericiliyinin əsasları ilə bağlı məcburi testə cəlb olunacaqlar”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016
avatar

Oxşar yazılar