<b>Rayonlarda yağış, 28 dərəcə isti </b>
11 may 2016 12:10 (UTC +04:00)

Rayonlarda yağış, 28 dərəcə isti

 

Mayın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 11-15, gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında havanın gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 10-15,  gündüz 23-28, dağlıq rayonlarda gecə  5-10, gündüz 13-18 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246

Oxşar yazılar