“Ucqar rayonlarda məktəblərdə yaşanan müəllim qıtlığı problemi artıq həll edilib”.
Lent.az-ın məlumatına görə, bunu APA TV-nin "Səhər zəngi" proqramında qonaq olan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə ucqar rayonlarda işləyəcək müəllimlərin həvəsləndirilməsi üçün ayrılan maliyyə vəsaitinin artması müəllimlərin sayına müsbət təsir edib. Hazırda bu, ciddi problem olmaq halından çıxıb. Rayon və kəndlərdə boş müəllim vakansiyalarının sayı azalıb. Onlar üçün orta aylıq əmək haqqı 400 -450 manat nəzərdə tutulur ki, bu da kənddə çalışan bir müəllim üçün kifayət qədər yaxşıdır.