Xətai sakinləri Xatirə Bulağına görə kömək istəyir - <span style="color:red;">FOTO
26 oktyabr 2015 11:42 (UTC +04:00)

Xətai sakinləri Xatirə Bulağına görə kömək istəyir - FOTO

0

Bakının Xətai rayonunda yerləşən şəhid Sənan Əliyev adına Xatirə Bulağı yararsız vəziyyətdədir. Bu barədə Lent.az-a Sarayeva küçəsinin sakinləri məlumat verib. Onların sözlərinə görə, “Bazar Store”la üzbəüz yerləşən bulaq düz ana yolun kənarında yerləşir.
 

Sakinlərin istəyi odur ki,  Xətai Rayon İcra Hakimiyyəti və ya bu işə məsul digər qurumlar  bulağın ən azından şəhidin ruhuna hörmət olaraq təmir etdirilsin, insanların xidmətinə versinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar