Qurban Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçildi
05 may 2015 11:22 (UTC +04:00)

Qurban Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçildi

 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru , AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Q.C.Yetirmişli daha bir nüfuzlu elmi təşkilata üzv seçilib. RSXM-dan Lent.az-a verilən məlumata görə, Q. Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının Yer təkinin sistemli tədqiqatlar seksiyasının xarici üzvü seçilib. Bu barədə qərarı bu günlərdə Bakıya səfər edən Rusiya Təbiət Elmləri Akademiyasının nümayəndəsi açıqlayıb.

 

Qeyd edək ki, AMEA nəzdində RSMX-də keçirilən iclasda Q. Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmlər doktoru , Yer təkinin sistemli tədqiqatlar seksiyasının sədri, Elmi-sənaye, Neft və Qaz istehsalı Proseslərinin Tədqiqatları Sistemi İnstitutunun direktoru Əzizağa Şahverdiyev tərəfindən Rusiya Təbiət Elmləri Akademiyasının fəxri diplom və medalı ilə təltif olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar