Qurban Yetirmişli: "Bu təkanlar hələ uzun müddət davam edəcək"
04 sentyabr 2015 13:55 (UTC +04:00)

Qurban Yetirmişli: "Bu təkanlar hələ uzun müddət davam edəcək"

0

"Bu cür güclü təkandan sonra zəlzələ ocağında parçalanma gedir. Təcrübə göstərir ki, bu təkanların davam etməsi hələ uzun müddət çəkəcək, bu təkanlardan hiss edilənlər də ola bilər. Ancaq mən 7 bal gücündə yenidən bir təkan olacağına inanmıram".

 

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA TV-yə açıqlamasında bildirib ki, bu gün baş verən güclü zəlzələdən sonra 15-dən afterşok qeydə alınıb: "Bu, dərinlik qırılmaları ilə bağlıdır. Orada 4-5 dərinlik qırılması var, hətta biri Naxçıvana, biri Talış dağlarına, biri Abşeron yarımadasına qədər gedir. Dağıstandan tutmuş Vəndam, Axvay, Samur-Arpaçay, Alazan-Əyriçay da daxil olmaqla, onların hamısının hərəkətləri nəticəsində baş verən təkandır. Həm də bu ocaq təsadüfi deyil. Hələ keçən əsrin ortalarında, 1953-1963-cü illərdə o zonada 6-7 ballıq zəlzələlər baş verib".

 

Qurban Yetirmişli zəlzələ ocağının 15 km dərinlikdə olduğunu və zəlzələnin  davamiyyətinin 15 saniyə çəkdiyini bildirib: "15 saniyə az müddət deyil. Bundan əvvəlki 8, 9 saniyə davam edib. Ona görə də zəlzələ respublikanın uzaq rayonlarında belə hiss edilib".

 

Qeyd edək ki, bu gün səhər Şəki ərazisində 7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar respublikanın rayonlarında 3-6 bala qədər hiss olunub.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar