Şeyx "Əl-Cəzirə"nin nümayəndəsini qəbul edib
28 avqust 2015 17:08 (UTC +04:00)

Şeyx "Əl-Cəzirə"nin nümayəndəsini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı və İran məsələləri üzrə Əl-Cəzirə Televiziyasının müşaviri Fatima Alsmadini qəbul edib.

QMİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, QMİ sədri Azərbaycanda İslam dininin yayılması, xalqımızın islam mədəniyyəti xəzinəsinə verdiyi töhfələr barədə, sovetlər dövründə ateizm rejimi dövründə mənəvi sahədə yaşanmış çətinliklər, habelə müstəqil Azərbaycanda dini-mənəvi irsimizin dirçəldilməsi yönündə görülən işlər barədə qonağa məlumat verib.

A. Paşazadə məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblər arası müstəvidə ehtiramlı münasibət hökm sürdüyünü xüsusi vurğulayıb.

QMİ sədri həmçinin qonağa Azərbaycanda dövlət səviyyəsində keçirilən ənənəvi Mədəniyyətlərarası dialoq forumları, Dini liderlərin Ümumdünya Sammiti, milli-mənəvi və bəşəri ideyaları uğurla təbliğ edən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın himayədarlığı ilə YUNESKO və İSESKO xətti ilə keçirilən tədbirlər, habelə Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq təşkilatlar və  elm mərkəzləri ilə birgə ölkəmizdə və xaricdə keçirdiyi mötəbər tədbirlər barədə məlumat verib .

 

Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı Fatima Alsmadi Azərbaycanda gerçək tolerantlıq mühitinin, dini irsə ehtiramın, multikultural həyat tərzinin həqiqətən böyük dəyər kəsb etdiyini xüsusi vurğulayıb. Dünya miqyasında nüfuzlu dini lider olan Şeyxülislam A. Paşazadənin həyatı və 35 illik fəaliyyətini əks etdirən kitab və albomları nəzərdən keçirən tədqiqatçı jurnalist QMİ sədrini böyük əməllər sahibi kimi səciyyələndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar