QMİ-nin Gürcüstan nümayəndəliyindən bəyanat: Bu, təhqirdir
29 avqust 2013 18:50 (UTC +04:00)

QMİ-nin Gürcüstan nümayəndəliyindən bəyanat: Bu, təhqirdir

Gürcüstanda fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi son günlər ölkədə baş verən dini qarşıdurma meylləri ilə bağlı yayıb.


 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təşkilat son zamanlar Niqvziyanidə, Tsintskaro, Samtatskaro və son olaraq Adigen rayonunun Gela kəndində minarələrin sökülməsi ilə müsəlmanlara qarşı yönəldilən təhqiredici hərəkətlərə görə dərin narahatçılığını bildirib.

 

Bəyanatda deyilir: “Minarənin sökülməsi müsəlman ibadətgahına qarşı ən böyük təhqir və tanrı qarşısında bağışlanmaz günahdır. Bu kimi hallar yalnız kommunist dönəmində baş verirdi və bundan sonra dünya oxşar faktı ümumiyyətlə xatırlamır. Əgər söhbət tikintinin qanun çərçivəsində aparılmasından gedirsə, biz müsəlman icması olaraq buna heç vaxt qarşı çıxmarıq, lakin Gürcüstanda ibadətgahlarımızın tikintisinə şərait yaradacaq qanun hardadır?!”

 

Nümayəndəlik ölkədə digər dinlərə qarşı belə münasibətləri pisləyib: “Biz – Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi bütün dinlərə qarşı bu cür, vandal hərəkətləri pisləyir və qınayırıq. Gürcü müsəlman qardaşlarımızın dərdinə şərik olaraq onlara dəstək oluruq. Hakimiyyəti çoxmilli və çoxdinli Gürcüstanımıza zərər verəcək hadisələrlə bağlı lazımi ölçülər götürməyə və vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çağırırıq. Eyni zamanda hal-hazırkı vəziyyətdən yeganə çıxış yolunu minarələrin yerinə bərpa olunmasında görürük, Allah-təala bütün dünyada sülh və əmin-amanlığı bərqərar etsin! Amin!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536
avatar

Oxşar yazılar