QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin YAP-ın VI qurultayında Azərbaycanın tarixi torpaqları ilə bağlı səsləndirdiyi çağırışlara dair açıqlama yayıb.
Lent.az-ın məlumatına görə, Şura sədri qeyd edib ki, Azərbaycanın tarixi torpaqları ilə bağlı maaifləndirmə və təbliğat məsələləri Şuranın daim gündəmində olacaq.
"Tezliklə elan olunacaq 2-ci qrant müsabiqəsinin əsas mövzuları da XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəhgəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsinə və təbliğinə aid olacaq", deyə Şura sədri özünün "Tvitter" səhifəsində bildirib.