Şura QHT-lər üçün məlumatlandırma sessiyası keçirib
21 dekabr 2015 16:13 (UTC +04:00)

Şura QHT-lər üçün məlumatlandırma sessiyası keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında 2016-cı ilin birinci qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib.

 

Lent.az-ın məlumatına görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək müsabiqəyə 10 istiqamət üzrə 56 mövzunun təqdim edildiyini bildirib. Katibliyin icraçı direktoru həmçinin, müsabiqənin şərt və qaydaları ilə bağlı sessiya iştirakçılarına ətraflı məlumat verib. F. Qurbanov QHT-ləri daha effektiv və cəmiyyət üçün aktual mövzularda layihə təklifləri ilə çıxış etməyə çağırıb.

 

Sessiyanın sonunda QHT nümayəndələrinin sualları cavablandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384
avatar

Oxşar yazılar