Azərbaycanda kabel şəbəkəsi ilə yayımlanan xarici televiziya kanalları Dağlıq Qarabağda yaşanan hadisələrlə bağlı həqiqətə uyğun olmayan xəbərlər verir və Azərbaycanın hərbi sirlərinə toxunurlar.
Milli Televiziya və Radio Şurası baş verən bu xoşagəlməz hala münasibət bildirib.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov Lent.az-a açıqlamasında deyib ki, cəbhədə baş verənlərlə bağlı qeyri-obyektiv xəbərlər yayımlayan kanallarada əgər eyni hallar təkrar edilsə, həmin kanalların kabel yayımına baxıla bilər.
Qeyd edək ki, özəlliklə rus kanalları yayımladıqları xəbərlərdə ermənilərin mövqeyini dəstəkləyir, Azərbaycana qarşı təxribata əl atırlar. Bu kanalların sırasında Life.news, NTV kimi kanallar özəlliklə seçilir.