Qənirə Paşayeva Dönük Qırıqlı kəndində seçicilərlə görüşüb
29 oktyabr 2015 15:54 (UTC +04:00)

Qənirə Paşayeva Dönük Qırıqlı kəndində seçicilərlə görüşüb

0
 
 
Millət vəkili Qənirə Paşayeva Tovuzun Dönük Qırıqlı kəndində seçicilərlə görüş keçirib.
 
Lent.az-ın məlumatına görə, yüzlərlə kənd sakininin iştirak etdiyi görüşdə millət vəkili Qənirə Paşayeva ilk öncə seçicilərinə təşəkkürünü bildirib.  “Düz 10 il əvvəl bu yola sizin xeyr-duanızla çıxdım. Mənim üçün deputatlıq sizə, xalqımıza, dövlətimizə daha çox xidmət edə bilməkdir. Ötən 10 illik deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam. Əgər mənə təkrar etimad göstərsəniz, bundan sonra da sizi layiq olduğunuz səviyyədə təmsil etməyə çalışacağam. 10 il ərzində sizi təmsil edən millət vəkili kimi hər zaman ölkəmizi iştirak etdiyim bütün beynəlxalq tədbirlərdə də layiqli təmsil etmək üçün çalışdım. Bilirəm ki, siz dəyərli seçicilərim üçün Qarabağ problemi nə qədər həssas və önəmli məsələdir və mən sizin səsiniz olaraq Azərbaycan həqiqətlərinin hər zaman dünyaya yayılmasında bütün gücümlə calışdım. Əgər təkrar etimad göstərsəniz, yenə də sizi layiq olduğunuz səviyyədə təmsil etməyə, gücümün çatdığı qədər sizə, millətimizə və dövlətimizə xidmət etməyə, Milli Məclisdə və beynəlxalq platformalarda sizin layiqli səsiniz olmağa çalışacağam”. 
 
Q. Paşayeva görüşdə yeni seçki platformasını da açıqlayıb və sualları cavablandırıb, sakinlərin təkliflərini dinləyib.
 
Tovuz rayonunda görülən işlər barədə danışan Q. Paşayeva  Dönük Qırıqlı kəndində məktəbin təmiri ilə bağlı təhsil naziri Mikayıl Cabbarovla müzakirə apardığını və hökumətə müraciət etdiyini, bu məsələnin öz həllini tapacağına inandığını deyib.  Millət vəkili kəndin əkin sahələrinin suvarılması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə, onun nümayəndələri ilə bir neçə dəfə söhbət etdiyini deyərək kənddə yeni artezian quyularının sayının daha da artmasına olan ehtiyac barədə onlarla müzakirələr apardığını da qeyd edib. Məktəbə gələn yolla bağlı "Azəryolservis" ASC-nin rəhbərliyi ilə müzakirə apardığını deyən Qənirə Paşayeva yaxın zamanlarda başlanan işlərin bitəcəyini bildirib.
 
Dönük Qırıqlı  seçiciləri çıxış edərək bildiriblər ki, millət vəkili Qənirə Paşayeva 10 illik deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb, onların həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib.
 
Millət vəkili kənddə müəyyən problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşüb, geniş müzakirə aparı. Seçiciləri narahat edən problemlərin həlli istiqamətində bir sıra konkret tədbirlər görülüb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar