Qənirə Paşayeva Qaziantep Universitetinin rektoru ilə görüşüb
25 dekabr 2017 17:17 (UTC +04:00)

Qənirə Paşayeva Qaziantep Universitetinin rektoru ilə görüşüb

Millət vəkili, Qənirə Paşayeva Qaziantep Universitetinin rektoru  Ali Gür ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Q. Paşayeva Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərin, konfransların daha da artmasına ehtiyac olduğunu deyib.

 

Ali Gür qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə  genişlənməsindən məmnunluğunu ifadə edib. Rektor  rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib. 

 

Millət vəkilinin dəvəti ilə görüşdə iştirak edən azərbaycanlı tələbələr də bir sıra məsələləri rektorun diqqətinə çatdırıb və həlli istiqamətində dəstək göstərməsini xahiş ediblər. Azərbaycanlı tələbələrin qaldırdığı bir sıra məsələlərin də öz həllini tapacağına inandığını deyən millət vəkili onları narahat edən məsələlərin həlli istiqamətində rektorun dəstək göstərməsini xahiş edib və bu məsələlər ətrafında geniş fikir mübadiləsi olub.

 

Q. Paşayev həmçinin Qaziantep Universitetinin müəllimləri, burada müəllimlik edən alimlərimiz, burada təhsil alan bəzi azərbaycanlı tələbələrlə və digər türk toplumlarından olan tələbələrlə də görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar