Millət vəkili Qənirə Paşayeva Mavritaniyanın prezidenti Ameenah Gurib və İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vega ilə görüşüb.
Lent.az-ın məlumatına görə, Q. Paşayeva görüşdə ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb, Qarabağ həqiqətlərinə dair məlumatlar verib.
Millət vəkili María Teresa Fernández de la Vegaya 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə danışıb.
Q.Paşayeva görüşün sonunda prof. Ameenah Guribə və María Teresa Fernández de la Vegaya Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materiallar təqdim edib.