Millət vəkili Qənirə Paşayeva Litva Prezidenti Dalya Qribauskayte ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili Litva Prezidenti və Dünya Lider Qadınlar Şurasının sədri Dalya Qribauskayte ilə görüşü zamanı hər iki ölkə arasında bütün beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu vurğulayıb.
Q. Paşayeva Azərbaycanda multukulturalizm, qadınların cəmiyyətdə rolu, öz evinə dönə bilməyən köçkün qadınlarımızdan da danışıb və dünyanın hər yerində fəal qadınların onlara dəstəyinin daha da artmasının vacibliyindən danışıb.
D. Qribauskayte Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın daha da genişlənəcəyini deyib. Millət vəkili Litva Prezidentinə Qarabağ həqiqətləri ilə bağlı materialları təqdim edib və tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan mədəniyyətini özündə əks etdirən əsərini bağışlayıb.