Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Azad Demokratlar Qrupunun sədrini əvəz edərək təşkilatın Prezident Komitəsində iştirak edib. Lent.az-ın məlumatına görə, Komitədə müzakirələr qış sessiyasının əsas məqamlarını, təşkilatın, eləcə də aprel ayında keçiriləcək yaz sessiyasının gündəliyi və Avropa məkanında baş verən bir sıra önəmli məsələləri əhatə edib.
Müzakirələrdə AŞPA prezidenti Michele Nikolletinin və AŞPA-da təmsil olan Xristian Demokratlar, Avropa Mühafizəkar, Sosialist, Avropa Liberal və Avropa Sol partiyaları sədrlərinin iştirak edib.
Millət vəkili Q.Paşayeva Azad Demokatlar Qrupu adından təkliflərlə çıxış edib, təşkilatın sədri və qrup rəhbərləri tərəfindən irəli sürülmüş bir sıra fikir və təkliflər ətrafında müzakirələrdə fəal iştirak edib.