Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 01-15 noyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə Lent. az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 184 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 27 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 29 iş üzrə 67 min 600 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 29 iş üzrə 222 min 727 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 142 iş üzrə 15 min 940 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 10, məhkəmələrə isə 3 iş göndərilib.
Qanunu pozanlar cərimələndi
753