<b>"Yoluxucu xəstəliklərlə bağlı vəziyyət stabildir" -</b> <span style="color:red;">Səhiyyə Nazirliyi
12 may 2016 12:20 (UTC +04:00)

"Yoluxucu xəstəliklərlə bağlı vəziyyət stabildir" - Səhiyyə Nazirliyi

 

“Hazırda Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam stabildir. Ötən illərlə müqayisədə son 4 ayda Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı azalma müşahidə olunur”.

 

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev deyib. R.Abdullayev bildirib ki, əsas müraciətlər mövsümi qriplə əlaqəli olub. Əvvəlki illərə nisbətən bu sahədə də azalma qeydə alınıb. Yay mövsümündə daha çox vəba xəstəliyi ilə bağlı stansiyaya müraciət daxil olduğunu vurğulayan Stansiya direktoru deyib ki, may ayından oktyabr ayına kimi 16 stasionar nöqtədə açıq su mənbəyindən su nümunələri götürərək yoxlanılır. “Digər yoluxucu xəstəliklər, eləcə də quş qripi ilə bağlı ölkədə heç bir təhlükə yoxdur. Çünki yay fəslində belə hallar demək olar ki, müşahidə olunmur. Bu isə yayda quşların miqrasiyasının olmaması ilə bağlıdır”.

 

Stansiya direktorunun sözlərinə görə, respublikanın sərhədlərində Stansiyanın yoxlama komissiyaları fəaliyyət göstərir: “Ölkəyə gələn şübhəli xəstələr yoxlanılır. Həmin şəxslərdə nəsə aşkarlansa, Ağciyər Xəstəlikləri İnstitutunda hospitallaşdırılır və müayinələri aparılır”.

 

R.Abdullayev son olaraq əlavə edib ki, 2 aydan sonra Stansiyanın binası yeni ünvana köçəcək: “Bina Nizami rayonu ərazisində yerləşəcək. Orada 4 səviyyəli laboratoriyadan 3-ü təşkil olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259

Oxşar yazılar