“Bloomberg” agentliyi Rusiya prezidenti Vladimir Putinin ABŞ dövlət katibi Con Kerri ilə dekabrın 15-də keçirdiyi görüşün detallarını açıqlayıb.
APA-nın məlumatına görə, görüş zamanı Putin Suriyaprezidenti Bəşər Əsədə 2017-ci il seçkilərində iştirak etmək üçün şans verməyin vacib olduğunu bildirib.
Rusiya prezidenti qeyd edib ki, Əsədin prezident seçkilərində iştirakı qadağan edilə bilməz və əgər o, seçkilərdə iştirak etsə, qalib gələcək.Con Kerri isə bununla razılaşmayıb.
Öz növbəsində ABŞ Dövlət Departamentinin mətbuat katibi Eddi Vaskes bəyan edib ki, Vaşinqton Əsədin istefasında təkid edir.