Prezident İlham Əliyev Yuriy Yermakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Lent.az prezidentin saytına istinadən xəbər verir ki, ölkə başçısı Azərbaycanda kimya sənayesinin inkişafında xidmətlərinə görə Yuriy Vladimiroviç Yermakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi barədə sərəncam verib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.