“Prezident təqaüdü yalnız Azərbaycanda təhsil alan tələbələrə düşür”. Lent.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, hazırda bu istiqamətdə araşdırmalar aparılır: “Araşdırırıq görək bu siyahıda xaricdə təhsil almaq üçün müraciət edənlər var, ya yox? 25 nəfərlik siyahıda axırıncı adam I qrupdan 679 bal toplamış abituriyentdir. İkinci qrup üzrə təqaüdə düşmək balı hələlik 665, III qrupda 686, IV qrupda 680-dır. Ola bilsin ki, bu balları toplamış abituriyentlərdən kimsə xaricdə təhsil proqramına daxil olsun, o zaman həmin şəxslərin adları bu siyahıdan çıxarılacaq. Həmin şəxslərin əvəzinə siyahıya növbəti balı toplayan abituriyent daxil ediləcək”.
Kimlər prezident təqaüdü alacaq ? - AÇIQLAMA
1705