Prezident Təhsil Nazirliyinə 2,5 milyon manat pul ayırdı
16 fevral 2018 18:08 (UTC +04:00)

Prezident Təhsil Nazirliyinə 2,5 milyon manat pul ayırdı

0

 

Prezident İlham Əliyev Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəmcan imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında cəmi 444 şagird yerlik modul tipli 8 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 590 000 (iki milyon beş yüz doxsan min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar