Prezident İlham Əliyev avqustun 30-da Binəqədi rayonundakı 135 və 248 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev əvvəlcə Binəqədi rayonundakı 135 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Dövlət başçısı məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağı prezident İlham Əliyevə məlumat verib.
Sonra Prezident İlham Əliyev 248 nömrəli orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.