Mingəçevir-Bəhramtəpə şosesinin 26 kilometri açılıb
27 fevral 2018 16:08 (UTC +04:00)

Mingəçevir-Bəhramtəpə şosesinin 26 kilometri açılıb

0

 

Prezident İlham Əliyev fevralın 27-də Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışında iştirak edib. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri və görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

 

Bildirilib ki, yolun ümumi uzunluğu 26 kilometr, eni isə 12 metrdir. Üçüncü texniki dərəcəli yol iki hərəkət hissəlidir. Hərəkət hissələrinin hər birinin eni 3,5 metrdir. Layihə çərçivəsində iki yeni körpü və beş yeraltı keçid inşa olunub, 53 boru quraşdırılıb.

 

Prezident İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan Aran-Qarağacı hissəsinin rəmzi açılışını bildirən lenti kəsib.

 

Sonda xatirə şəkli çəkdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar