Qazax rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov vəzifəsindən azad edilib.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə A. Əsgərov Yardımlı rayonunun İcra hakimiyyətinin başçısı təyin edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə isə Rəcəb Abas oğlu Babaşov təyin olunub.