Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində, cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə aşağıdakı şəxslər təltif edilib:
“Tərəqqi” medalı ilə
Həsənova Fidan Maqsud qızı
İbrahimova Fəridə Həsən qızı
Məmmədli İsmayıl Oruc oğlu
Rəhmanov Nəhmət Əliguşat oğlu
Rüstəmov Əli Məhəmməd oğlu
Səfərov Rizvan Kamal oğlu
Süleymanov Ramiz Rəhim oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Bağırlı Məssurə İsa qızı
Carçıyeva Sevda Ələkbər qızı
Həsənov Kəmaləddin Həsən oğlu
Həsənov Mehdi Qasım oğlu
Hüseynov Ceyhun Ədalət oğlu
Xasiyeva Zima Kamal qızı
Xələfov Elçin Abuzər oğlu
Kərimova Reyhanə İbrahim qızı
Mahmudov Qəzənfər İsrafil oğlu
Məmmədov Eltun Cəlil oğlu
Səfərov Emin Hüseyn oğlu.
Prezidentin başqa sərəncamı ilə Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova II dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Nizaməddin Qurban oğlu Cəlilova isə ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Digər sərəncamla uzun müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işləmiş Bağır Həbib oğlu Əsədova hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə “Əməkdar hüquqşünas” fəxri adı verilib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tibb xidmətində uzun müddət işlədiyinə və yüksək peşəkarlıq göstərdiyinə görə Mehman Xıdır oğlu Allahverdiyevə “Əməkdar tibb işçisi” fəxri adı verilib.