Prezident Gəncədə tələbə yataqxanası və hərbi şəhərciyin açılışını edib
17 fevral 2016 18:26 (UTC +04:00)

Prezident Gəncədə tələbə yataqxanası və hərbi şəhərciyin açılışını edib

0

Prezident İlham Əliyev fevralın 17-də Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının rəmzi açılışını bildirən lenti kəsib.

 

Kompleks dörd korpusu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir.

 

Bundan başqa, prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 552

Oxşar yazılar