Prezident İlham Əliyev Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, yeni tədris korpusunun açılış mərasimində iştirak edib.
Lent.az-n məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağı məlumat verərək bildirib ki, 1969-cu ildə inşa edilən məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ötən il başa çatdırılıb. Sinif otaqları, idman və iclas zalları tam təmir olunub, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilib.
Dövlət başçısı sinif otaqlarına, idman və iclas zallarına baxıb, buradakı şəraitlə maraqlanıb. Sonra prezident məktəbin yeni inşa edilmiş korpusunda olub. Diqqətə çatdırılıb ki, 2340 şagird yerlik məktəbdə dərslər əsasən bir növbəli olacaq.