Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar rəssam”
Qurbanov Seyfəddin Əli oğlu
Məmmədov Rəhim Əliağa oğlu.
“Əməkdar artist”
Manafzadə Turan İslam qızı
Məmmədova Elnarə Tofiq qızı
Nuriyev Mais Şükür oğlu.