Prezident Baş Klinik Hospitalın müalicə korpusunun açılışında iştirak edib
25 iyun 2013 15:23 (UTC +04:00)

Prezident Baş Klinik Hospitalın müalicə korpusunun açılışında iştirak edib

Bu gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışı olub.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev açılışda iştirak edib.

 

Müdafiə naziri Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevə raport verib. Dövlət başçısı Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoyub. Sonra prezident İlham Əliyev hospitalın baş planını əks etdirən stendə baxıb. Dövlət başçısı müalicə korpusunun rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub. Səhiyyə ocağı ilə tanışlıqdan sonra prezident hospitalın kollektivi ilə görüşüb.


Sonra xatirə şəkli çəkdirilib. Daha sonra dövlət başçısı səyyar cərrahiyyə hospitalı ilə tanış olub. Səyyar cərrahiyyə hospitalı 60 çarpayılıqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840
avatar

Oxşar yazılar