Prezident İlham Əliyev Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb.
Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.