Peşəkar Futbol Liqası QİÇS-lə mübarizəyə dəstək verib
07 dekabr 2015 16:32 (UTC +04:00)

Peşəkar Futbol Liqası QİÇS-lə mübarizəyə dəstək verib

Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) "Avropa İİV-ə testləşmə həftəsi" və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı müayinələr və maarifləndirmə yönümlü tədbirlərin keçirilməsini davam etdirir.

Lent.az-ın məlumatına görə, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə bağlı müayinə və məsləhət aksiyası bu dəfə Azərbaycan Texniki Universiteti, Mədəniyyət Və İncəsənət Universiteti, Memarlıq və İnşaat Universiteti, Sumqayıt Texniki Kolleci, Ağcabədi Pedaqoji Kolleci, Masallı Dövlət Regional Kollecində keçirilib.

Memarlıq və İnşaat Universitetində keçirilən tədbirdə könüllü olaraq 600-ə yaxın, Texniki Universitetdə 500-ə yaxın tələbə İİV-ə test müayinəsindən keçiblər.

Bundan başqa, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Binəqədi, Nəsimi, Xətai və digər rayon təşkilatlarında "Avropa İİV-ə testləşmə həftəsi" çərçivəsində görüşlər keçirilib.

Həmçinin Bakı-Xarkov və Bakı-Moskva marşrut istiqamətlərində hərəkət edən qatarlarda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən İİV-lə bağlı broşur və bukletlər paylanılıb.

Onu da nəzərinizə çatdıraq ki, Azərbaycanın futbol klubları ölkədə QİÇS/AİDS-ə qarşı aparılan mübarizəyə həmrəylik nümayiş etdiriblər. Noyabr və dekabr aylarında Azərbaycanda keçirilən "Avropa İİV-ə testləşmə həftəliyi” və 1 Dekabr "Ümümdünya QİÇS-lə Mübarizə Günü” ilə bağlı futbolçularımız Premyer liqanın matçlarına QİÇS-lə mübarizənin simvolu olan "qırmızı lent”lə çıxıblar. Bununla da, bütün idmansevərləri və gəncləri QİÇS-lə mübarizəyə, bu infeksiyadan özlərini qorumağa çağırıblar.

Xatırladaq ki, “Avropa İİV-ə testləşmə həftəsi-2015” möhtəşəm ümumavropa müayinə və maarifləndirmə kampaniyasında Avropanın 53 ölkəsinin 700-dən çox dövlət və ictimai təşkilatları iştirak edir. İlk dəfə “Avropa İİV-ə testləşmə həftəsi” 2013-cü ildə 20 beynəlxalq təşkilatın təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının himayədarlığı ilə keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207
avatar

Fərizə Əhmədova

Oxşar yazılar