2013-cü ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1449,5 mln. manat olub. Bu barədə Lent.az-a DSMF-dan məlumat verilib. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1421,3 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,8 mln. manat və ya 1,8 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,8 faiz və ya 23,9 mln. manat artaraq 1386,8 mln. manat təşkil edib.
Bu ilin yanvar-iyul aylarında əhaliyə 34,4 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 31,1 faizi hamiləliyə və doğuma görə, 29,8 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 15,4 faizi dəfn üçün, 23,7 faizi isə digər müavinətlərin payına düşür. DSMF-nin digər xərcləri 28,2 mln. manat təşkil edib.