Nazir müavini: <span style="color:red;">"Kolleclərin keyfiyyət göstəriciləri aşağıdır"
10 dekabr 2015 17:59 (UTC +04:00)

Nazir müavini: "Kolleclərin keyfiyyət göstəriciləri aşağıdır"

Dekabrın 8-də orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı Texniki Kollecində keçirilən müşavirədə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak ediblər.

Müşavirədə həyata keçirilən təhsil islahatlarından irəli gələn tələblər, gənc nəslin formalaşdırılmasında təhsil müəssisələrinin rolu, müasir dövrdə orta ixtisas təhsili müəssisələrinin qarşısında duran əsas vəzifələr müzakirə edilib.

Müşavirədə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov kolleclərin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu nəzərə çatdırıb. F.Qurbanov tədris müəssisələrinin rəhbərlərinə imtahan sessiyasına nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlarını da verib.

Nazir müavini qeyd edib ki, təhsil müəssisələrində cəmiyyətdə gedən mövcud proseslər hər zaman nəzərə alınmalı, tələbələrin dərsdən yayınma hallarına qarşı müvafiq tədbirlər görülməli, təlim-tərbiyə prosesinin müasir tələblər səviyyəsində təşkili təmin olunmalıdır. F.Qurbanov kolleclərin fəaliyyətindəki nöqsanları və keyfiyyət göstəricilərinin aşağı olmasını da xüsusi qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar