Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri mütəmadi baş çəkmələri davam etdirir. Bu barədə Lent.az-a qurumdan məlumat verilib. Belə ki bu günlərdə qrup üzvləri Daxili İşlər Nazirliyinin Biləsuvar və Salyan rayon polis şöbələrinin (RPŞ) müvəqqəti saxlanma yerlərinə (MSY) planlı baş çəkmələr həyata keçirmiş, burada saxlanılan şəxslərlə görüşüb, onlara hüquqlarını izah ediblər.
MSY-lərdə saxlanılan şəxslər rəftarla və saxlanılma şəraiti ilə bağlı şikayət etməyiblər. Eyni zamanda Salyan RPŞ-nin MSY-də araşdırma zamanı bəzi nöqsanlar, o cümlədən sənədləşmə ilə bağlı çatışmazlıqlar aşkar olunub.
Ombudsman tərəfindən baş çəkmələrin nəticələri və nöqsanların aradan qaldırılması ilə bağlı Daxili İşlər nazirinə müraciət olunub.