Bu il 1069 nəfər narkomaniyadan məcburi müalicə alıb
26 oktyabr 2015 17:52 (UTC +04:00)

Bu il 1069 nəfər narkomaniyadan məcburi müalicə alıb

0

 

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair bu ilin  9 ayı ərzində bir sıra işlər görülüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyi tərəfindən 9 ay ərzində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1882 nəfər göndərilib ki, onlardan 1069 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilmişdi.

Narkotik vasitələrin və psixotrop maddələrin stasionarı olan özəl tibb müəssisələrində istifadə olunmasına müvafiq rəy verilməsi məqsədi ilə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri tərəfindən həmin müəssisələrə, xəstələrin dövriyyəsinə nəzarət olunan psixotrop dərman preparatlarına olan tələbatını yaxşılaşdırmaq məqsədilə 12 özəl tibb müəssisəsinə və 5 aptekə baxış keçirilib və müvafiq aktlar tərtib olunub.

 

Səhiyyə Nazirliyinin məlumatına görə, bu ilin 9 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 24925 nəfər keçib ki, onlardan 554 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 189 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb.

 

Məlumatda bildirilir ki,  9 ay ərzində 1016 nəfər “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 933 nəfər “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozları ilə stasionar müalicəyə qəbul olunub ki, bu da ümumilikdə 2157 nəfər edir.  208 nəfər isə digər diaqnozlarla stasionar müalicəyə qəbul edilib.

 

1783 nəfər Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsində müayinədən keçib.

 

Məlumatda o da qeyd edilib ki, narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi baxımından “Narkotiklərə YOX deyək!” şüarı altında kampaniya hələ də davam etdirilir.

Onu da qeyd edək ki, cari  ilin 9 ayı ərzində Respublikada fəaliyyət göstərən Regional Narkoloji Dispanserlərinin (Lənkaran RNX, Gəncə RND, Mingəçevir RND, Sumqayıt RND) digər şəhər və rayonların əlaqədar təşkilatlarının, ictimayyətin nümayəndələrinin iştirakı ilə  narkomanlığın yayılmasına və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinə dair görüşlər təşkil olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 607

Oxşar yazılar