"Donuz qripi"nə görə 428 nəfərdən analiz götürülüb
11 fevral 2016 12:56 (UTC +04:00)

"Donuz qripi"nə görə 428 nəfərdən analiz götürülüb

0

 

“Ölkədə epidemik qrip aşkar olunmayıb ”.

 

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov məlumat verib.

 

V.Qasımov bildirib ki, ölkə ərazisində  “donuz qripi” - A ( H1N1) virusuna qarşı profilaktik nəzarət tədbirləri davam etdirilir: “ Xəstəxanalarda həkimlər də ciddi nəzarət edir və şübhəli xəstələr dərhal müayinəyə cəlb edilir. Xəstələr arasında adena, B tipli bəzi qrip virusları aşkar olunur, ancaq "donuz qrip" təhlükəsi yoxdur.

 

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının (RTƏS) şöbə müdiri Rita İsmayılova isə Lent.az-a deyib ki, 2016-ci ilin ilk ayından bu günə kimi ümumilikdə 428  nəfər şübhəli xəstədə yaxma nümunələ götürülüb. Laborator tədqiqatları nəticəsində A(H1N1) virusu aşkar edilməyib.

Müayinələr zamanı adena, mövsümi qrip virusları üstünlük təşkil edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 479

Oxşar yazılar