Olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil edilib
21 oktyabr 2015 18:16 (UTC +04:00)

Olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil edilib

0

Bu gün  Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseydə yaradılan məktəblilərin Olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək məqsədilə yaradılan hər iki mərkəz şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. Şagirdlər, həmçinin dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunur.

 

 Bu liseylə yanaşı, nazirliyin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin nəzdində də belə mərkəz fəaliyyət göstərir.

Qeyd edək ki, ötən tədris ilində 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb ki, bu da əvvəlki illərlə müqayisədə 4,5 dəfə çoxdur. Bu il, həmçinin Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan 104 ölkə arasında 48-ci yeri tutub, məktəblilərimiz dünya fənn olimpiadalarında 1 gümüş, 8 bürünc medal qazanıblar.

Olimpiadalara hazırlıq mərkəzlərinə seçim turunda hər fənn üzrə 20-25 nəfər VI-VIII, 15-20 nəfər IX-XI sinif şagirdi seçilib.

Olimpiadalara hazırlıq mərkəzlərində seçilmiş şagirdlərlə fizika, riyaziyyat, kimya, biologiya, informatika fənləri üzrə xüsusi proqram əsasında hazırlıq məşğələlərinə artıq başlanılıb. Tədris ili ərzində həmin şagirdlər üçün bir neçə sınaq imtahanı keçiriləcək və nəticələrə əsasən, ölkəmizi beynəlxalq olimpiadalarda təmsil edəcək şagirdlər müəyyənləşəcəkdir. Eyni zamanda şagirdlər həm qış, həm yay tətili dövründə qış və yay olimpiada məktəblərinə cəlb ediləcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar