Ödənişli qəbul planının ləğvi ilə bağlı <span style="color:red;">AÇIQLAMA
28 dekabr 2015 15:18 (UTC +04:00)

Ödənişli qəbul planının ləğvi ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsilin ləğvi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, söhbət ödənişli qəbul yerlərinin ləğvindən gedir: "Ali təhsil sistemində plan yerləri 2 qayda üzrə - dövlət sifarişi və ödənişli əsaslarla formalaşır.

Bu gün əgər şərti adı A olan universitet ödənişli qəbulla 50 nəfər qəbul edə bilirdisə, növbəti ildən həmin universitetin infrastruktur, müəllim heyəti, tədris proqramları, innovasiya keyfiyyəti, idarəetmə çevikliyi imkan verərsə, bu say arta bilər və limit həmin keyfiyyətə görə müəyyənləşə bilər. Nəticə etibarilə həmin A universiteti 50 nəfər deyil, daha çox tələbə qəbul edə bilər".


Ali məktəblərdə ödənişli əsaslarla plan yerlərinin strategiyaya uyğun olaraq, gələn ildən ləğv edilməsinin nəzərdə tutulduğunu deyən C. Valehov qeyd edib ki, 2016-2017-ci tədris ilindən qəbul zamanı artıq bu mexanizm tətbiq olunacaq : “Hazırda mexanizm işlənilir. Bu mexanizm elə ilk mərhələdə bütün ölkə üzrə tətbiq olunacaq və ölkədəki bütün ali məktəblərdəki ödənişli plan yerlərinə şamil ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar