“Teleradio məkanında kadr problemi bizi çox düşündürür. Teleradio məkanında kadr potensialının zəifliyi və özünü doğrultmaması açıq görünür”.
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib.
N. Məhərrəmli deyib ki, verilişlərinin keyfiyyətinin aşağı olması da birbaşa kadrlardan asılı olan məsələdir: “Əgər rəhbər vəzifələrə orta bilik səviyyəsi olan insanı dəvət edərsənsə, təbii ki, o da ətrafına səviyyəsindən aşağı olan insanları dəvət edir. Bununla da teleradio məkanında keyfiyyətli verilişlərin sayı azalır”.