Nəqliyyat müfəttişlərinin bir qismi ixtisara düşəcək
20 oktyabr 2015 18:19 (UTC +04:00)

Nəqliyyat müfəttişlərinin bir qismi ixtisara düşəcək

0
"Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra bizim müfəttişlərimiz orada işlə təmin olunacaq".

"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

 

"Sözsüz ki, müfəttişlərin hamısı Nəqliyyat Nazirliyində qalmayacaq. Bizdən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra əməkdaşlarımız orada işlə təmin olunacaq", - deyə nazir müavini bildirib.

 

M. Pənahov "işsiz qalanlar olacaqmı" sualına bu cür cavab verib: "Təbii ki, onların hamısını işlə təmin etmək mümkün deyil. Hesab edirəm ki, işsiz qalanların sayı az olacaq".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar