Nazirlik rəsmisi: "Müfəttişlərin maşınların nömrəsini açmağa ixtiyarı yoxdur"
21 noyabr 2014 12:06 (UTC +04:00)

Nazirlik rəsmisi: "Müfəttişlərin maşınların nömrəsini açmağa ixtiyarı yoxdur"

"Nəqliyyat Nazirliyinin bir sıra sabiq əməkdaşlarının hazırda fəaliyyət göstərən nəqliyyat müfəttişləri ilə əlbir olub taksi sürücülərindən və ya sadə vətəndaşlardan rüşvət tələb etmələri faktları aşkarlanıb. Faktlar nazirlikdə ciddi şəkildə araşdırılır".

 

Bunu APA TV-yə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib. Onun sözlərinə görə, nəqliyyat nazirinin müvafiq əmrinə əsasən, müfəttişlərin hər hansı nəqliyyat vasitəsindən dövlət qeydiyyat nömrə nişanını açmağa ixtiyarı yoxdur. Bu hallar aşkarlanarsa, o zaman həmin müfəttiş dərhal işdən azad edilərək barəsində müvafiq cəza tədbirləri həyata keçiriləcək: "Ötən il 33 nəfər müfəttiş işdən azad olundu, 9 nəfər barəsində korrupsiya maddəsi ilə ittiham irəli sürülərək Respublika Prokurorluğuna təqdim olundu. Onlar barəsində ciddi tədbirlər görüldü. Bu gündə həmin tədbirlər görülür. Mən bir daha sürücülərin, xüsusilə də taksi sürücülərinin nəzərinə çatdırmaq  istəyirəm ki, kimsə-istər sabiq nəqliyyat müfəttişi, istərsə də hazırda fəaliyyət göstərən əməkdaş olsun onlardan pul tələb edərlərsə onlar birbaşa Nəqliyyat Nazirliyinin, Respublika Prokurorluğunun "qaynar xətti"nə və ya Daxili İşlər Nazirliyinə müraciət etsinlər".

 

Nazirlik rəsmisi deyir ki, qanun pozuntularının qarşısını almaq üçün nəqliyyat müfəttişlərinin xidməti avtomobillərinə xüsusi videokameralar quraşdırılıb.

Əmrah Cəfərov bildirib ki, bu il də korrupsiya faktları ilə bağlı nazirliyə müraciətlər daxil olub. Aparılan araşdırmalardan sonra ilin yekunu olaraq onların sayı açıqlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1000
avatar

Oxşar yazılar