“Elektron hökumət” portalı vasitəsilə növbəti olaraq “Sığortaolunanın onlayn uçota alınması” xidməti ictimaiyyətin istifadəsinə verilib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, “bu xidmət vasitəsilə sığortaolunanların məcburi dövlət sosial sığorta sistemində onlayn uçotu həyata keçirilir.
Elektron xidmətin göstərilməsi nəticəsində Dövlət Sosial Müdafiə Fondunun departamentləri, rayon (şəhər) şöbələri, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri sığortaolunanlar haqqında sığortaedən tərəfindən təqdim olunmuş elektron ərizələrə əsasən hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsini rəsmiləşdirir.
Qeyd edək ki, istifadəçiləri hüquqi və fiziki şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.

Nazirlikdən sığortaolunanlara xəbər
Oxşar yazılar

Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı -YENİLƏNİB
11 avqust 2025 , 14:11
Bakıya yağış, rayonlara leysan yağacaq - PROQNOZ
11 avqust 2025 , 12:54
Ali məktəblərə rus dilində qəbulun dayandırılması ilə bağlı RƏSMİ CAVAB
11 avqust 2025 , 12:17
Məleykə Abbaszadədən abituriyentlərə MÜRACİƏT
11 avqust 2025 , 10:53
Pensiya alanlara ŞAD XƏBƏR: pullar bu tarixdən veriləcək
11 avqust 2025 , 10:47
Azərbaycanın bu rayonlarına güclü leysan yağır - GÜNÜN HAVASI
11 avqust 2025 , 09:54
Bu yoqurt orqanizm üçün zərərlidir: bütün mağazalarda satılır
11 avqust 2025 , 09:52