Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri, YAP Gənclər Birliyinin sədr müavini Ramin Ələmşah oğlu Məmmədov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini təyin edilib.
Lent.az-ın azvision.az-a istinadən xəbərinə görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, aktiv fəaliyyəti ilə seçilən Ramin Məmmədov 2012-cü ildə ölkə başçısının sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
O, bundan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun müavini vəzifəsini icra edəcək.