Babək rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik edildi
02 noyabr 2015 16:54 (UTC +04:00)

Babək rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik edildi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dəyişikliyə əsasən, Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşadizə kəndinin 658 ha (bundan dövlət mülkiyyətində olan 28 ha, bələdiyyə mülkiyyətində olan 311 ha və xüsusi mülkiyyətdə olan 319 ha) təşkil edən ərazisi Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin ərazisinə birləşdirilib.

Bundan başqa, Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi ləğv edilib. Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi Azərbaycanın ərazi vahidlərinin dövlət reyestrindən çıxarılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Oxşar yazılar