Namazda səhvən ardıcıllıq pozulsa nə edək?
30 iyul 2015 03:51 (UTC +04:00)

Namazda səhvən ardıcıllıq pozulsa nə edək?

Adam zöhr namazını qılmağı unudaraq əsr namazını qılmağa başlasa və namaz zamanı yadına düşsə, nə etməlidir?

 

“Qafqazinfo” islam.az saytının bu suala cavabını təqdim edir:

 

“Zöhr və əsr namazları ardıcıllıqla qılınmalıdır. Yəni əvvəlcə zöhr, ardınca əsr namazı qılınmalıdır. Əgər qəsdən ardıcıllığı pozub zöhr namazından qabaq əsr namazını qılarsa, batil olar. Amma əgər unutqanlıq üzündən, zöhr namazını qılmadığı halda əsr namazına başlayarsa və namaz içində zöhrü qılmadığı yadına düşərsə, niyyətini dəyişdirə bilər. Bu zaman “indiyə kimi etdiyim, indi etməkdə olduğum və bundan sonra edəcəyim namaz əməlləri zöhr namazından sayılsın” deyə niyyət etməli, namazı bitirməli, ardınca əsr namazını qılmalıdır. Əgər unutqanlıq üzündən əsr namazını qılıb qurtardıqdan sonra yadına düşsə ki, zöhr namazını qılmayıb, bu halda da namazı düzgündür. Bundan sonra zöhr namazını qılsa, kifayət edər. Daha yaxşı olar ki, həmin namazı, adını niyyət etmədən, “öhdəmdə olan namazı qılıram” niyyəti ilə qılsın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 329
avatar

Oxşar yazılar