Müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri açıqlandı
04 noyabr 2015 18:08 (UTC +04:00)

Müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri açıqlandı

Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki qiymətləndirmədə iştirak etməyən, həmçinin nazirliyin cari ildə mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, Bakı şəhəri ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan ​müəllimlərin bilik və bacarıqlarının 29, 30 və 31 oktyabr tarixlərində keçirilən diaqnostik qiymətləndirilməsinin nəticələri açıqlanıb.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərində keçirilən diaqnostik qiymətləndirmənin nəticələri aidiyyəti üzrə bütün məktəblərə göndərilib.

 

Qeyd edək ki, Bakı şəhərində keçiriləcək diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunublar. Ümumilikdə, qiymətləndirilmədə 2403 nəfər müəllimin iştirakı nəzərdə tutulmuşdu. Onların 2003 nəfəri Azərbaycan, 400 nəfəri rus bölməsində tədris aparan müəllimlərdir.

 

Nəticələrin ilkin təhlilinə görə, qiymətləndirmədə iştirak edən 2204 nəfər müəllimin 63 faizi təqdim edilən sualların 70 faizindən çoxuna düzgün cavab verərək yüksək nəticə nümayiş etdirib.

 

Qeyd olunub ki, ümumilikdə müəllimlərin 86 faizi sualların 50 faizindən çoxuna düzgün cavab verib: “Təqdirəlayiq haldır ki, qaydalarla müəyyənləşdirilmiş minimum 10 faizlik həddən aşağı nəticə göstərən olmayıb. Beləliklə bütün iştirakçılar diaqnostik qiymətləndirmədən keçmiş hesab olunub”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar